Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Ford Motor Rusiya bazarını tərk etdi.
"Unikal" xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.
Şirkət Rusiyanın Sollers avtomobil qrupu ilə birgə müəssisədəki 49 faiz payını rusiyalı tərəfdaşa satıb. Eyni zamanda, Amerika avtomobil nəhəngi öz payını geri almaq imkanına malikdir, opsion beş il ərzində həyata keçirilə bilər.
Satış mart ayından etibarən Rusiyada bütün əməliyyatların, o cümlədən montaj, komponentlərin tədarükü, İT və texnologiya dəstəyinin tam dayandırılmasından sonra həyata keçirilir .
Ford Transit mikroavtobusları Yelabuqadakı BM- də yığılıb. Müəssisənin istehsal gücü ildə 85 min avtomobil təşkil edirdi. Eyni zamanda, 2021-ci ildə təxminən 20 min avtomobil istehsal edilib.
Bir sıra digər avtomobil şirkətlərinin ardınca Ford Ukraynada hərbi əməliyyatların başlamasından sonra martın əvvəlində Rusiyada fəaliyyətini dayandırdığını elan etdi . Sollers ilə birgə müəssisə martın 3-dən fəaliyyətsiz qalıb.
Gültəkin Ələsgər