Rusiyaya qarşı sanksiyalardan sonra Londonu tərk edən Roman Abramoviçin İstanbulda məskunlaşmaq qərarına gəldiyi iddia edilib.
"Unikal" xəbər verir ki,rusiyalı oliqarx Roman Abramoviç Ukrayna-Rusiya müharibəsi başlayandan sonra İngiltərəni tərk edərək nəhəng yaxtası ilə Egey sularında bir müddət üzdükdən sonra İstanbulda lövbər salıb.
Türk mətbuatında yer alan xəbərə görə, İstanbulda yerləşməyə qərar verən Abramoviç Boğazda malikanə almaq üçün danışıqlara başlayıb.
Gültəkin Ələsgər