"Respublika hakimiyyətinin əleyhdarları noyabr-dekabr aylarından ölkədəki vəziyyəti sarsıtmağa başlayacaqlar".
"Unikal" xəbər verir ki, bu barədə DTK sədrinin birinci müavini Sergey Terebov məlumat verib.
“Sözün həqiqi mənasında noyabr-dekabr aylarında tələbələr arasında sosial gərginlik ocaqlarının yaradılması ilə yanaşı mövzunun növbəti dalğalanması başlayacaq. Bu, yaxın gələcəkdə gözlədiyimiz daha bir addımdır”.
Onun sözlərinə görə, hazırda ölkədə asayiş və təhlükəsizlik təmin edilir və “paradoksaldır, lakin məhz bununla əlaqədar hüquq-mühafizə orqanları Litva, Latviya, Polşa və digər ölkələrin ərazisindən kənar müdaxilə təhlükəsinin artmasını qeydə alırlar.”
“Siyasi mühacirət mərkəzləri öz siyasi layihəsini - sözdə birləşmiş keçid kabinetini - inkişaf etdirməyə davam edir və onun mühacirətdə olan hökumət kimi Qərb tərəfindən tanınmasını və maliyyələşdirilməsini təmin edir. Burada yalnız bir məqsəd var - hazırkı hakimiyyəti qeyri-legitimləşdirmək və terror hücumlarına və təxribatlara haqq qazandırmaq”, - DTK sədrinin müavini bildirib.
Gültəkin Ələsgər