İranın Xuzestan əyalətinin Əhvaz şəhərində oksigen zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bunu Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin rəhbəri İbrahim Qənbəri deyib.
Onun sözlərinə görə, yaralı Əhvazın Beqai xəstəxanasına yerləşdirilib.
Qənbəri bildirib ki, partlayışın səbəbi hələ məlum deyil və qəzanın səbəblərinin araşdırılması sabah başlanacaq.
Hadisənin saat 20:20-də baş verdiyini deyən Qənbəri əlavə edib ki, partlayışda zavodun bir hissəsi ziyan görüb.