ABŞ-ın (ABŞ) Ankaradakı səfiri Cefri Fleyk sosial media hesabında Qapalı Çarşının damında qaçarkən çəkilmiş fotosunu paylaşıb. Şəkil Ceyms Bondun Skyfall filmində eyni yerdə çəkilmiş səhnəni xatırladıb.

"Unikal" xəbər verir ki, ABŞ -ın Ankaradakı səfiri Cefri Fleyk Qapalı Çarşıda Ceyms Bonda poza verib.  ABŞ səfiri İnstaqram hesabında paylaşdığı fotoda İstanbulun tarixi yerlərindən biri olan Kapalıçarşının damında qaçarkən görüntülənib.

Flake fotonu "Mənə çatır, pencəyi çıxarsam yaxşı olar" şərhi ilə paylaşıb.Fleykin filmlərdəki təqib səhnələrini xatırladan fotoşəkili 2012-ci ildə James Bond filmi Skyfall-u xatırladıb.

Filmdə Bond tarixi bazarın damında motosiklet sürüb.

Gültəkin Ələsgər