Ötən gün İranda məbəddə baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq açıqlama İŞİD-in təbliğat mediasında yerləşdirilib.
Açıqlamada 20 nəfərin öldürüldüyü, bir o qədərinin də yaralandığı göstərilir.
Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.