Ukraynanın paytaxtı Kiyevdə növbəti hava hücumu barədə xəbərdarlıq olunub.

"Unikal" xəbər verir ki, bu barədə şəhər administrasiyası bildirib.

"Diqqət! Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib", - administrasiyanın Teleqram kanalında yazılıb.

Qeyd edək ki, ötən gün bütün Ukrayna ərazisində, o cümlədən paytaxtda bir neçə dəfə həyəcan siqnalı verilib.