Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür.
“Unikal”ın məlumatına görə, “Smerç” raketləri ilə həyata keçirilən hücum nəticəsində 5 kənd sakini həlak olub.
Onlardan biri də 7 yaşlı Aysu İsgəndərovadır.
Yaşayış məntəqəsinin klaster bombaları ilə atəşə tutulduğu vaxt Aysu, 3 yaşlı bacısı Tahirə İsgəndərova ilə birlikdə gül yığırmış. Hadisə nəticəsində Aysunun bacısı da yaralandığı üçün xəstəxanaya yerləşdirilib.
Azyaşlıların atası Rövşən İsgəndərov hadisə anını belə xatırlayır:
“İşdə idim. Traktor sürürdüm, səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur. Gördüm ki, Aysunun daxili orqanları çölə dağılıb. Əlimlə yığıb apardım” .