Artıq 30 ildir ki, bir klassikaya çevrilən “Final” çayın möhtəşəm lotereyasının ilk tirajı təşkil ediləcək. Hər kəsin rəğbətini qazanan adıçəkilən çay markası, 1 noyabr tarixində alıcılarını möhtəşəm hədiyyələrlə sevindirəcək.
"Unikal" xəbər verir ki, “Final çay iç, Finalda qazan!” şüarı ilə keçirilən lotereya müddətində istehlakçılar 450 qramlıq “Final” “Super”, “Best blend”, “Ultra Earl Grey”, “Melody”, “Pekoe”, "Earl Grey çay çeşidləri aldıqda 9 ədəd Volkswagen Polo, 225 qramlıqlarda isə 180 ədəd Samsung M52 qazanmaq şansı əldə edirlər.
Lotereyadan qeydiyyatdan keçmək isə çox asandır. Belə ki, alınan uduşlu “Final” çay çeşidlərinin qapaqlarının altından çıxan kodu “Azercell” və “Bakcell” mobil operatorlarından, ödənişsiz olaraq, 6625 nömrəsinə göndərməklə hər bir şəxs iştirakçı ola bilər. Həmçinin lotereyada iştirak edək 450 qramlıq çaylardan alan hər kəs 5 dəqiqə, 250 qramlıq alan 3 dəqiqə şəbəkədaxili pulsuz danışıq vaxtı qazanacaq.
Qeyd edək ki, “Final çay iç, Finalda qazan!” lotereyası 15 sentyabr-31 dekabr müddətində keçiriləcək. İlk tirajın qalibləri isə məşhur aparıcı İlkin Həsəninin təqdimatında 1 noyabr tarixində saat 18:00-da “Xəzər” telekanalında canlı yayımda elan olunacaq. Bununla bərabər, qaliblərin siyahısı müxtəlif media orqanlarında, sosial media hesablarında və finaldaqazan.az saytında yayımlanacaq.
“Final” çayı tərəfindən təşkil ediləcək müxtəlif müsabiqələrdə iştirak etmək üçün sosial media hesablarını izləyin.
https://www.facebook.com/finalcay
https://www.instagram.com/finalcay/