Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


***15:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.