Almaniya kansleri Olaf Şolts Yunanıstana səfər edib.
"Unikal" alman KİV-lərinə istinadən xəbər verir ki, kansler Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar aparıb.
Danışıqların əsas mövzusu Avropa İttifaqının enerji problemləridir. Avropa İttifaqı Rusiya qazının maksimal qiymətinin müəyyən edilməsi məsələsini müzakirə edir.
Bir neçə həftədir davam edən müzakirələrdə Aİ-yə üzv olan 27 ölkə arasında müəyyən fikir ayrılıqları var və bu səbəbdən Brüssel hələ də rəsmi təklif təqdim etməyib.
Şolts və Mitsotakis Yunanıstanın bir sıra ciddi fikir ayrılıqlarının olduğu Türkiyə ilə bağlı məsələləri də müzakirə edəcəklər.
Ağarza Elçinoğlu