Azərbaycan 10 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
O, sentyabr hadisələrindən sonra Azərbaycanın Ermənistan tərəfinə neçə cəsəd verdiyini dəqiqləşdirməyib. Cəsədlərin təhvil verilməsi Şuşa şəhərində baş tutub.
2022-ci ilin sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Son məlumatlara görə, Ermənistan tərəfdən ölən və itkin düşənlərin sayı 210 nəfərdir. Azərbaycan 77 şəhid verib. Sentyabrın 28-də sərhəddə törədiləni təxribat nəticəsində 3 erməni hərbçi həlak olub .
Gültəkin Ələsgər