Rusiya yeni hegemon olmaq niyyətində deyil, sadəcə olaraq, mövcudluq və azad inkişaf hüququnu müdafiə edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu İllik Toplantısında bildirib.
"Rusiya Qərbin elitasına meydan oxumur, Rusiya sadəcə olaraq, sərbəst mövcud olmaq və inkişaf etmək hüququnu müdafiə edir. Eyni zamanda, biz özümüz bir növ yeni hegemon olmaq fikrində deyilik, Rusiya birqütblülüyün ikiqütblülüklə əvəzlənməsini təklif etmir", - Rusiya lideri qeyd edib.
Ağarza Elçinoğlu