Polşanın müdafiə naziri Mariusz Blaszczak Bayraktar pilotsuz uçuş aparatının videosu ilə "Gəlirlər" mesajını paylaşıb. Polşa Müdafiə Nazirliyi bu mesajı yenidən paylaşaraq “Dayan” deyib.
"Unikal" xəbər verir ki, Polşanın müdafiə naziri Mariusz Blaszczak “Bayraktar TB2” pilotsuz uçuş aparatının videosunu Twitter hesabında paylaşaraq “Onlar gəlir” qeydini atıb.
Polşa müdafiə nazirinin müavini Voyciech Skurkiewicz bu yaxınlarda bildirmişdi ki, Polşa ordusu oktyabr ayında Bayraktar TB pilotsuz uçuş aparatları ilə təchiz ediləcək.
TB2-lərin əhəmiyyətini vurğulayan Skurkiewicz, "Bu pilotsuz təyyarələrin təhlükəli və döyüş vəziyyətlərində real dünyada necə işlədiyini görürük. Bu, hərbi modernləşmənin kritik bir hissəsidir" deyə nazir bildirib
Qeyd edək ki, Polşa Türkiyədən pilotsuz döyüş təyyarəsi alan ilk NATO üzvü olub.
Gültəkin Ələsgər