Nikol Paşinyan hansı ölkədə sığınacaq tapacaq? Bu məsələ ilə bağlı qənaətlərdə Türkiyə, Kanada, ABŞ, Fransa, hətta Azərbaycanın adı çəkilir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat dərc edib.
Qeyd olunub ki, Ermənistanın Baş naziri hakimiyyətin süqutundan sonra Rusiya Federasiyasında məskunlaşacaq: "Hətta Nijni Novqorod şəhərini də qeyd edə bilərəm. Nikol Paşinyan niyə Rusiyaya ilk və indiyədək sonuncu dövlət səfəri çərçivəsində həyat yoldaşı ilə birlikdə Nijni Novqoroda aparılıb? Onların səfərinin həmin hissəsindən bizə yalnız görüşün görüntüləri göstərilib, dövlət səfəri ilə bağlı görüşlər və müzakirələr barədə heç nə bilmirik. Ona görə də istisna edə bilmərik ki, Paşinyana qocalığa qədər yaşaya biləcəyi şəxsi ev göstərilib".
Nəşr qeyd edib ki, hadisələrin indiyə qədərki gedişi buna işarə edir.
Ağarza Elçinoğlu