Kiyev rejiminin nümayəndələri nəhəng insan itkilərinə baxmayaraq, Rusiyaya qarşı son ukraynalıya qədər döyüşməyə hazırdırlar.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
O, bununla da Qərb banklarında yatan, Ukrayna xalqından oğurlanmış milyardlarla dollarların qorunduğunu bildirib.
"Hər şey çox primitivdir. Onları iqtisadi maraqlar, Ukrayna xalqından oğurladıqları milyardlarla dolları Qərb banklarında saxlamaq istəyi irəli sürür", - Putin qeyd edib.
Ağarza Elçinoğlu