Gəncə-Göygöl avtomobil yolunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, "İsuzu" markalı sərnişin avtobusu, "VAZ-2107" və "Passat" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində beş nəfər xəsarət alıb və yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.