Goranboyda minik maşını maneyə çırpılıb, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşının yol kənarındakı dəmir ara kəsməyə çırpılıb. Avtomobilin sürücüsü idarəetməni itirib.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov