Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs yüngül xəsarət alıblar.
“Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə "Unikal" açıqlamasında bildirib ki, yüngül qəza olub: "Əməkdaşlarımızın vəziyyəti yaxşıdır. Onlar daha sonra yola davam ediblər”.
Gülayə Mecid