Gəncədə 26 yaşlı oğlan toyda özünə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisindəki şadlıq saraylarının birində baş verib. Şəhər sakini Şahin Qaraşov toyda musiqi sifariş verib. Lakin həmin musiqi səsləndirilmədiyindən o, əsəbiləşərək restoranın qapısına yumruq vurub. Bu zaman şüşə qapı sınıb və nəticədə Ş.Qaraşovun əli kəsilib. O, xəstəxanaya aparılıb və əlinə tikiş atılıb.
Qeyd edək ki, Ş.Qaraşov hadisəni törədərkən sərxoş olub.
Tural Əhmədov