Bakıda yaşayış binasında yanğın olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan mənzilin mətbəxində mebel 5 m² sahədə, lambirdən ibarət tavan 18 m² sahədə və 1 ədəd paltaryuyan maşın yanıb.
Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd kondisioner, stol və stullar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.