Xersonda vilayət dövlət administrasiyasının binasından Rusiya bayrağı yoxa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevskin məlumat verib.
Bildirilib ki, Rusiyanın ilhaq etdiyi Xersonda ruslar öz idarələrini Xersondan Dnepr çayının sol sahilinə köçürüblər.
"Xerson vilayət dövlət administrasiyası. Şəkil bu gün çəkilib. Byarağın müəmmalı şəkildə yoxa çıxmasını başa düşə bilərsiniz... Xerson yalnız Ukraynanın olub, var və olacaq. Biz olmasaq da, əski parçanızı özünüz çıxarıb gedəcəksiniz", - o deyib.
Xatırladırıq ki, ruslar Dnepr boyu Xerson vilayətində yaşayan vətəndaşları zorla təxliyə edirlər.
Ağarza Elçinoğlu