Qazaxda yaşlı kişi evdə yanaraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndindəki yaşayış evlərindən birində qeydə alınıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və orda 1936-cı il təvəllüdlü Asif Məmmədovun meyti aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov