Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 26 m² olan sinif otağında döşəmə 10 m² sahədə yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.