Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1800 m² olan üçmərtəbəli şadlıq evinin fasadına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb. Şadlıq evi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.