Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobil toqquşub. Qəzadan sonra “VAZ” yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.