Gəncədə evdə partlayış olub.

"Unikal"ın məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü M.Ələkbərova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Qadın bədəninin müxtəlif yerlərinin 1 və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov