Şəmkirdə iki avtomobil toqquşub xəsarət alanlar var.

"Unikal"ın məlumatına göröə, hadisə rayonun Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır..

Tural Əhmədov