Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza şəhərin Dənizkənarı Parkı ərazisində baş verib. 

Belə ki, "Toyota Prado" və "Hyundai Elantra" markalı maşınlar toqquşub. Hadisə yerinə polis əməkdaşları gəlib. 

Qeyd edək ki, zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur. 

Seymur Əli