Trabzon-İstanbul reysini yerinə yetirən təyyarədə bir sərnişinin “Əlimdəki suyu sıxsam partlayacaq” deməsi panikaya səbəb olub.
"Unikal" xəbər verir ki, Trabzon hava limanından saat 16.55-də havaya qalxan THY-nin TK2835 nömrəli Boeing B737-900 tipli təyyarəsində kabin heyətindən su istəyən sərnişinlərdən biri “Əlimdəki suyu sıxsam, partlayacaq” deməsi təyyarədəki sərnişinlərin xorxusuna səbəb olub.
Sərnişinin sözlərindən sonra kabinə işçisi vəziyyəti bildirdikdən sonra təyyarənin pilotu İstanbul Hava Limanının Hava Hərəkətini İdarəetmə Qülləsindən eniş prioritetini istəyib. Eniş icazəsi verilən təyyarə heç bir problem olmadan İstanbul hava limanına eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişinin oturduğu ərazidə polis qrupları tərəfindən aparılan axtarışlarda çaxnaşma yaradan heç bir neqativ hal aşkar edilməyib. “Yanlış başa düşüldüyünü” bildirən sərnişin ifadəsi üçün polis bölməsinə aparılıb.