Göygöldə 21 yaşlı qadın dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kədində baş verib. Kənd sakini 21 yaşlı İ.Əliyeva zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq gənc qadın xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, qadın dərman içərək özünü zəhərləyib.
Dərman içməsinin səbəbi isə 21 yaşlı qadının atasının ölümünə dözə bilməməsi olub.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov