Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı sərnişin avtobusu ilə "VAZ 2107" markalı minik maşını toqquşub.

Qəza zamanı "VAZ" sürücüsü  1976-ci il təvəllüdlü Asif  Alıyev hadisə yerində ölüb.

Xəsarət alanlar 1981-ci il təvəllüdlü Bayram İsgəndərov və sürücünün övladı 2001-ci il təvəllüdlü Mansur Aliyev xəstəxanaya yerləşdiriliblər.

Qəza səhər saatlarında olduğuna görə mikroavtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov