Təzəpir məscidinin rəisi Hatəm Mirzəyev vəfat edib.

"Unikal" xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib. Mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən Təzəpir məscidinin rəisi vəzifəsində çalışırdı.