ABŞ prezidenti Co Bayden G20 sammitində Böyük Britaniya və İtaliyanın baş nazirləri Rişi Sunak və Corc Meloni ilə danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, bunu brifinq zamanı Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib .

O, Birləşmiş Ştatların rəhbərinin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmək imkanının olacağını və bu görüşlərin “vaxtında” elan olunacağını qeyd edib.

“Xüsusilə, biz onun bu yaxınlarda vəzifəyə başlayan yeni baş nazirlər olan Böyük Britaniya və İtaliyanın baş nazirləri ilə ilk dəfə görüşmək imkanı əldə edəcəyini gözləyirik”, - deyə Sullivan bildirib.

O, həmçinin bildirib ki, Bayden G20 sammitində digər dövlətlərin nümayəndələrini Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına qarşı  çıxış etməyə çağırmaq niyyətindədir .

Noyabrın 15-16- da İndoneziyanın Bali adasında G20 sammiti keçiriləcək .

Gültəkin Ələsgər