Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib.

xxx

19:23

İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərdir. 4 nəfər hadisə yerində həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, yaralı sayı 53-dür.

Türkiyə lideri diqqətə çatdırıb ki, bu rəqəmləri İstanbul valisindən əldə edib.

Qeyd edək ki, 2 nəfər xəstəxanada həyatını itirib.

 

xxx

18:06

İstanbulun İstiqlal küçəsində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, ilkin məlumata görə, partlayışda 5 nəfər ölüb, 36 nəfər yaralanıb. 

Partlayışı canlı bombanın həyata keçirdiyi iddia edilir...

17:33

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

"Unikal" xəbər verir ki, İstanbulun ən böyük küçələrindən olan İstiqlal küçəsində səbəbi bilinməyən partlayış səsi eşidilib.

Əraziyə çoxlu sayda polis göndərilib. İlkin məlumata görə, ölən və çox sayda yaralı var. Məıumatlara görə, yaralıların sayı 10 nəfərdir.