Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

"Unikal" xəbər verir ki, təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir.

NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.