Noyabrın 16-da Polşaya atılan raketlərlə bağlı Şimali Atlantika Alyansının (NATO) Şurasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, sözügedən məlumatı "Reuters" agentliyi yayıb. 

"Şimali Atlantika Şurasının iclası (daimi nümayəndələr səviyyəsində) Polşadakı partlayışlardan sonra çərşənbə günü səhər Brüsseldə keçiriləcək", - mənbə bildirib.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verərək Polşaya raketlərin düşməsi ilə bütün faktların müəyyənləşdirilməsinə çağırış edib. 

Ağarza Elçinoğlu