Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonundakı yanacaqdoldurma məntəqəsində atışma baş verib. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ömər Halisdemir bulvarında baş verən hadisəyə səbəb iki şəxs arasında olan düşmənçilik olub. 

Belə ki, Hüseyn Y. və Resul K. yanacaqdoldurma məntəqəsində tapançadan bir-birlərinə atəş açıblar.

Bundan sonra ağır güllə yarası alan hər iki silahlı hadisə yerində ölüb. 

Ağarza Elçinoğlu