Ukrayna və Polşanın Podkarpakye Voyevodalığı ilə sərhəddəki bütün keçid məntəqələrində nəqliyyatın hərəkəti dayandırılıb. 

"Unikal" UNIAN-a istinadən xəbər verir ki, hazırda Polşa ilə sərhəddə giriş-çıxış tamamilə kəsilib. 

Sərhəd xidmətinin mətbuat katibi Pyotr Zakelyarjın sözlərinə görə, Ukrayna tərəfi noyabrın 15-də saat 19:00-dan sonra yoxlamaları dayandırıb. 

Onlar qeyd ediblər ki, keçid məntəqələrinin bağlanmasının səbəblərini və fasilənin nə qədər davam edə biləcəyini bilmirlər. 

Ağarza Elçinoğlu