"Rusiyanın Polşa ərazisinə raket zərbələri endirməsi səhv deyil, məqsədli şəkildə edilib".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün tviter hesabında yazıb.

"Polşa ərazisinə zərbələr təsadüfi deyil, Rusiyadan "səhv" adı altında qəsdən planlaşdırılmış "salamı"dır. Pislik cəzasız qalanda, siyasətçilər isə xalqı "sakitləşdirmək"lə məşğul olanda belə olur. Rusiya terror rejimi dayandırılmalıdır. Ölənlərin ailələrinə başsağlığı veririk”, - o, vurğulayıb.

Gülayə  Mecid