Polşaya düşən raketlər Kiyev tərəfindən Rusiya raketlərini vurmaq üçün atılan raketlərdən biridir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Bildirilir ki, dünən axşam saatlarında 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.