Ermənistanda “Kamaz” markalı hərbi avtomobil qəzaya düşüb.

"Unikal" erməni KİV-ə stinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Qriqoryan ölüb, daha 7 hərbçi isə yaralanıb. 

Qəzanın baş vermə səbəbləri araşdırılır.