"Bu gün havadan barıt qoxusu gəlir. Ona görə də büdcə müzakirəsində təhlükəsizlik, müdafiə məsələləri öndə olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, hökumətlə bir yumruq kimi olmalıyıq.
"Ali Baş Komandan İlham Əliyevin şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda, hər yerdə divarlara vurulub. Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. İstər Əmir Teymur, istərsə də Şah İsmayıl Xətaidən sonra türk rəhbərlərinin arasında yeganə Azərbaycan Prezidentidir ki, bu gün ona bu ad verilib. Azərbaycan xalqı olaraq bunu dəstəkləyirik. Cənublu qardaşlarımıza qeyd etmək istəyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib, qlobal məsələləri ortaya qoymalıyıq. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya göndərir fərman. Belə dövrdə tək hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosia-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir. Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik".
Spiker Sahibə Qafarova isə bildirib ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur.
Anar Kəlbiyev