Pakistanın Sind əyalətinin Sehvan şəhəri yaxınlığında sərnişin avtobusu dərəyə yuvarlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-u uşaq olmaqla 18 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Yanğınsöndürən və təcili yardımın göndərildiyi bölgədə axtarış-xilasetmə işləri davam edir.