Barselona" heyətini yeni qapıçı ilə gücləndirib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar "Espanyol"un qolkiperi Yoan Qarsiyanı transfer edib. 24 yaşlı "əlcək sahibi" ilə 6 illik müqavilə imzalanıb.

"Barsa" Qarsiyanın keçidi üçün qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, ispaniyalı qapıçı peşəkar karyerası ərzində yalnız "Espanyol"un formasını geyinib.