Belarusu tərk edən McDonald's şəbəkəsinin restoranlarının yerini yerli müəssisələr və istehsalçılar tutmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko aqrar-sənaye kompleksi rəhbərlərinin mərasimində bildirib. 

Onun sözlərinə görə, yerli istehsalçılar buna kifayət qədər qadirdirlər: "Bəziləri, xüsusən də gənclər McDonalds-ın ölkədən getməsinə təəssüflənir. Düşünürəm: şükürlər olsun ki, ya Rəbb, heç olmasa getsin! Bizimkilər çörəyi yarıya bölüb bu iki yarıya bir tikə ət, kartof və kahı doldura bilməzlər?", - Belarus lideri qeyd edib. 

Ağarza Elçinoğlu