"ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatının saxlanılması Ermənistanın maraqlarından irəli gəlir, çünki hər üç həmsədr "Dağlıq Qarabağ Respublikası"nın hakimiyyət orqanlarının təmsil etdiyi Qarabağ tərəfi ilə işləməli idi".

"Unikal" xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib .

O, xüsusilə xatırladıb ki, həmsədrlər regiona səfər edərkən heç vaxt Xankəndiyə səfər etməyiblər.

“Deməli, bu fikirləri səsləndirən Ermənistandır. Həm də gündəlik olaraq... Rəsmi İrəvan daim deyir ki, Qarabağla işləmək lazımdır. Amma kimə? Tək Bakı? Yaxşı, əgər belədirsə, üzr istəyirəm. Əliyev bu suala çoxdan cavab verərək demişdi: “Ermənistanın bununla nə əlaqəsi var? Mən ABŞ, Aİ, Rusiya və digər ölkələrlə işləyəcəyəm, çünki bu, bizim daxili işimizdir”. Bütün bu müddət ərzində İrəvan nə edib ki, nəhayət, həmsədrlər Qarabağa səfər etmək qərarına gəliblər? Erməni diplomatiyası nəhayət başa düşəcək ki, bütün bu məsələlərlə məşğul olmalı idi? ", Poqosyan deyə bildirib.

Gültəkin Ələsgər