"Bu bölgə heç kimin arxa bağçası deyil. Ortaq gələcəyi paylaşan bir quruluş qurmalıyıq"

"Unikal" xəbər verir ki, Çin lideri Xi Jinping Asiya-Sakit Okean bölgəsinin yeni Soyuq Müharibə və çəkişmə bölgəsinə çevrilməməsi lazım olduğunu bildirib.

Çin sədri Si Cinpinq Asiya-Sakit okean regionunun onilliklər ərzində iqtisadi əməkdaşlıq və inkişaf sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyini bəyan edərək, onun yeni Soyuq Müharibə və böyük güc mübarizəsi səhnəsinə çevrilməməsi lazım olduğunu vurğulayıb.

Soyuq müharibənin kölgəsindən qurtulduqdan sonra bölgənin iqtisadi əməkdaşlıq sayəsində sürətli modernləşmə sürəti qazandığına diqqət çəkən Xi, "Asiya-Sakit Okean heç kimin arxa bağçası deyil və böyük bir güc mübarizəsinin yeri olmamalıdır. Nə də bölgə xalqlarının nə də dövrün tendensiyaları yeni bir Soyuq Müharibənin başlamasına imkan verəcəkdir." deyə Xi bildirib.

APEC-in müxtəliflik və inklüzivliyə əsaslanan iqtisadi inteqrasiya ilə çoxtərəfli regional əməkdaşlıq arxitekturası yaratdığını və beləliklə də iqtisadi qloballaşmanın imkanlarından maksimum yararlandığını ifadə edən Xi, “Son illər ərzində formalaşmış sənaye və təchizat zəncirlərini pozmağa hər hansı cəhd  Asiya-Sakit Okean regionunda iqtisadi əməkdaşlıqda dalana səbəb olacaq”.

Çinin Asiya-Sakit okean regionunda iqtisadi əməkdaşlığa töhfə verməyə davam edəcəyini ifadə edən Xi, "ortaq gələcəyi paylaşan Asiya-Sakit Okean icmasının qurulmasına" çağırıb.

Xi-nin sözlərində ABŞ-ın adını çəkmədən Vaşinqton və Pekin arasında regionda artan təsir mübarizəsinə işarə edən mesajların olması diqqət çəkib.

Gültəkin Ələsgər