Türkiyənin Qaziantep bölgəsində Şehitkamil rayonunda polis avtobusunun avtomobillə toqquşması nəticəsində 5 çevik qüvvət polisi yaralanıb.

"Unikal" xəbər verir ki, avtomobil Marşal Fevzi Çakmak Bulvarında Yavuzeli rayonuna gedən polis midi avtobusu ilə toqquşub.

Aşan mikroavtobusda 5 çevik qüvvət polisi yaralanıb.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb, bölgəyə istiqamətləndirilən sağlamlıq qrupları tərəfindən ilk müdaxilələr edilib.

Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti nəzarətə götürülüb.