Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 9-a çatıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib.

Ərazidə axtarış tədbirləri davam etdirilir.

***

11:11

Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

Saxalinin qubrenatoru Valeri Limarenko bildirib ki, partlayış nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb.